PDF Oxu

Dünya

  • 4

Venesuelada dövlət çevrilişinin qarşısı alınıb

Venesuelada dövlət çevrilişinin qarşısı alınıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Venesuela prezidenti Uqo Çaves sui-qəsddə ittiham olunan Milli Qvardiyanın iki kapitanının həbs edildiyini bəyan etmişdir.
İlkin məlumata görə, haqqında söhbət gedən kapitanlar ölkədə dövlət çevrilişi planlarını gerçəkləşdirməyə cəhd edirdilər. U.Çavesin dövlət televiziyasının efirindən verdiyi məlumata görə, sui-qəsddə Venesuela müxalifətçiləri və keçmiş hərbçilər də iştirak etmişlər. Agentliyin məlumatına görə, U.Çaves iki keçmiş hərbçi dedikdə leytenant Xose Antonio Kolina və German Rodolfo Varelanı nəzərdə tutumuşdur.
Venesuelada belə hesab edirlər ki, həmin şəxslər 2003-cü ilin fevralında İspaniya səfirliyi və Kolumbiya konsulluğunda terror aktı törətmişdilər. Məlum olduğu kimi, o vaxt dörd nəfər yaralanmışdı. Bundan başqa Kolina və Varela 2002-ci ildə dövlət çevrilişinə cəhddən dərhal sonra keçirilən dövlət əleyhinə mitinqdə iştirak etmişlər. 2003-cü ildə həmin hərbçilər Mayamidə həbs edilmişlər.

Digər xəbərlər