PDF Oxu

Dünya

  • 7

Qəzza bölgəsi sərhədində Fələstin döyüşçüsü öldürülüb

Qəzza bölgəsi sərhədində Fələstin döyüşçüsü öldürülüb
"Haaretz" qəzetinin yazdığına görə, fevralın 5-də TSAXAL hərbi qulluqçuları İsrail və Qəzza bölgəsi sərhədində əlində qumbara tutmuş bir fələstinlini məhv etmişlər. Qəzetin yazdığına görə, əlində qumbara İsrail sərhədinə yaxınlaşan fələstinli onu işə salmağa cəhd etmişdir. Ancaq TSAXAL hərbçisi terrorçunu qabaqlayıb, ona atəş açdığından qumbara fələstinlinin əlində partlamışdır.

Qəzet yazır ki, bu hadisə İsrail nümayəndəsi Qahirəyə uçaraq, "HƏMAS" hərəkatı nümayəndələri ilə sülh müqaviləsi imzalamağa getdikdən bir neçə saat sonra baş vermişdir.
İsrail yanvarın 18-də müharibəni dayandırdıqdan sonra tərəflər arasında atəşkəs razılaşması əldə edilmişdir. Buna baxmayaraq, "HƏMAS" İsrail ərazisinə atəş açmaqda davam edir. Buna cavab olaraq qarşı tərəf Qəzza bölgəsinə bir neçə aviasiya zərbəsi endirmişdir.

Digər xəbərlər