"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Tacikistan hökuməti Əfqanıstana hərbi yük daşıyacaq NATO təyyarələrinə öz hava məkanından uçmaq icazəsi verəcəkdir. ABŞ-ın Tacikistandakı səfiri Trasi Enn Cekobson məlumatın doğruluğunu təsdiq etmişdir. Səfirin dediyinə görə, ABŞ və Tacikistan arasında əldə edilmiş qarşılıqlı razılaşma olduqca vacibdir. Səfir belə hesab edir ki, 2009-cu ildə NATO-nun Əfqanıstandakı hərbi kontingentinin sayının artırılacağı bir vaxtda danışıqların bu istiqamətdə aparılması məqsədəuyğundur. Məlum olduğu kimi, Qırğızıstan "Manas" aviabazasını ABŞ hərbçilərinin üzünə bağlamaq haqda qərar qəbul etmişdir. ABŞ Özbəkistanla danışıq aparıb, dəmir yol xəttinin bir hissəsini açdırmaq istəyir. Bununla yanaşı, ABŞ Qırğızıstan və Rusiya ilə danışıqlar aparıb "Manas" bazasında qalmaq müddətini uzatmaq niyyətindədir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...