PDF Oxu

Dünya

  • 7

Moldova seçkilərində iqtidar partiyasının rəqibləri müəyyənləşib

Moldova seçkilərində iqtidar partiyasının rəqibləri müəyyənləşib

"Regnum" informasiya agentliyinin yaydığı məlumata görə, Moldova parlament seçkilərinin registrasiyasının ilk günündə, yəni fevralın 5-də respublika MSK-sı 7 siyasi partiyanı qeydə almışdır. Onların sırasında bir sıra aparıcı siyasi partiyalarla yanaşı, Modovanın iqtidarda olan Kommunist Partiyasının da adı çəkilir. Seçkilərdə kommunistlərdən başqa sosial-demokrat, liberal-demokrat, demokrat, xristian-demokrat xalq partiyaları və "Bizim Moldova" Alyansı da iştirak edəcəkdir.
"Mir" telekompaniyasının məlumatına görə, Moldovada 28 siyasi partiya mövcuddur. Moldova Kommunist Partiyası 2001-ci ildən iqtidardadır. Onun dəyişməz lideri Moldovanın indiki prezidenti Vladimir Voronindir.
Moldova qanunçuluğuna əsasən, V.Voronin ikinci prezidentlik müddətini başa çatdırdığı üçün üçüncü müddətə seçilmək hüququ yoxdur. Qeyri-rəsmi məlumata görə, kommunistlər növbəti prezident postuna Modovanın Rusiyadakı səfiri Vladimir Surkanın namizədliyini irəli sürmüşlər. Həmin şəxs Moldova parlamentinin hüquqi məsələlər üzrə komissiyasına rəhbərlik edir.
Moldovada parlament seçkiləri 2009-cu il aprelin 5-də keçiriləcəkdir.

Digər xəbərlər