PDF Oxu

Dünya

  • 8

Pakistan məscidində ölənlərin sayı 30 nəfəri keçib

Pakistan məscidində ölənlərin sayı 30 nəfəri keçib

"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, fevralın 5-də terrorçu-kamikadze tərəfindən Pakistanın şiə məscidlərindən birində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 30 nəfəri keçmişdir. 40 nəfər adam isə yüngül bədən xəsarəti almışdır.
Terror aktının baş vermiş olduğu Dərəqazixan şəhərinin polis rəisi Axtar Mübarəkin məlumatına görə, ölənlərin sayı 24 nəfər olmuşdur. Polis rəisinin dediyinə görə, partlayıcı qurğu içərisinə dəmir qırıntıları və mismarlar doldurulmuşdur. Axşam namazına gələnlər məscidə toplaşdıqdan sonra kamikadze partlayıcı qurğunu işə salmışdır.
"Frans Press" agentliyinin məlumatına görə isə, məsciddə ölənlərin sayı 30 nəfəri keçmişdir. Məlumatın təsdiqlənəcəyi təqdirdə, agentlik 2008-ci il 10 oktyabr terror aktından sonra yeni terror aktının Pakistanda ən böyük terror aktı olduğu qənaətini möhkəmləndirir. Beş il əvvəl Pakistanın  Orakzay bölgəsində baş vermiş terror aktı nəticəsində 40 nəfər həlak olmuşdur.
Fevralın 5-də baş vermiş terror aktı nəticəsində məscidin binası ciddi xəsarət almışdır. Yaxınlıqdakı binalardan biri də çatlamışdır. Polis rəisi A.Mübarəkin dediyinə görə, terrorçunun üzərində 12-14 kiloqram həcmində partlayıcı maddə olmuşdur.

Digər xəbərlər