PDF Oxu

Dünya

  • 12

Latviya hökumətinə etimadsızlıq cəhdi süquta uğradı

Latviya hökumətinə etimadsızlıq cəhdi süquta uğradı
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Latviya parlamenti ölkənin baş naziri İvaru Qodmanisə etimadsızlıq göstərmək istəməmişdir. Hökumətə cəmi 40 deputat etimadsızlıq göstərmişdir. 51 deputat isə etimadsızlıq əleyhinə səs vermişdir. Bir deputat bitərəf qalmış, daha bir deputat isə səsvermədə iştirak etməmişdir. Ölkənin baş nazirinə etimadsızlıq göstərmək məsələsi 34 müxalifətçi deputat tərəfindən irəli sürülmüş və Seymin növbədənkənar yığıncağında müzakirə edilmişdir. İ.Qodmanisin istefası tələbini "Yeni zaman" partiyası irəli sürmüşdür. İ.Qodmanis səsvermədən əvvəl belə bir bəyanat vermişdi ki, etimadsızlığa layiq görüləcəyi təqdirdə, nazirlərin sayını azaldacaqdır.

Yanvarın 13-də Riqada kütləvi etiraz aksiyası başlanmışdır. Onun təşkilatçıları hökumətin istefasını və Seymin buraxılmasını tələb etmişdir. Nümayiş iştirakçıları hökumətin böhran əleyhinə mübarizəsindən narazılıqlarını ifadə edirdilər. Avropa Birliyi ölkələri içərisində Latviyada ən güclü iqtisadi böhran müşahidə edilməkdədir. Fevralın 3-də Riqada Latviya kəndlilərinin kütləvi nümayişləri keçirilmişdir. Onlar kənd təsərüfatı nazirinin istefasını tələb etmişlər.

Digər xəbərlər