PDF Oxu

Dünya

  • 10

BMT Benəzir Bhuttonun qətlinin təhqiqatı üzrə komissiya yaradıb

BMT Benəzir Bhuttonun qətlinin təhqiqatı üzrə komissiya yaradıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, BMT Pakistanın keçmiş baş naziri Benəzir Bhuttonun qətlinin təhqiqatı üzrə komissiya yaratmışdır. Yanvarın 3-də komissiyanın yaradılması haqda məlumatı Pakistan prezidenti Asif Əli Zərdariyə BMT-nin baş katibi Pan Gi Mun vermişdir. Əli Zərdari əmin olduğunu bildirmişdir ki, komissiya terror aktının təşkilatçılarını müəyyənləşdirib, ədalət məhkəməsinə təqdim edəcəkdir.

Benəzir Bhutto 2007-ci ilin 27 dekabrında Ravalpindi şəhərində terror aktı nəticəsində qətlə yetirilmişdir. Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf B.Bhuttonun qətlində "Əl-Kaidə" ilə əlaqəli olan radikal islamçıları ittiham etmişdir. Pakistan müxalifəti isə keçmiş baş nazirin qətlində xüsusi xidmət orqanlarının əli olduğunu bildirmişdir. P.Müşərrəfin vaxtında B.Bhuttonun qətli ilə əlaqədar 4 nəfər həbs edilmişdir.

Digər xəbərlər