PDF Oxu

Dünya

  • 14

Somali dəniz quldurlarının birinci qrupu “Faina”nı tərk edib

Somali dəniz quldurlarının birinci qrupu “Faina”nı tərk edib
"İnterfaks" informasiya agentliyinin fevralın 5-də yaydığı məlumata görə, Ukraynanın "Faina" gəmisini ələ keçirmiş Somali dəniz quldurlarının birinci qrupu gəminin bortunu tərk etmişdir.

Gəminin sahibi ilə əlaqə saxlayan "Sovfraxt - dəniz bülleteni" nəşrinin baş redaktoru Mixail Voytenkonun dediyinə görə, 8 dəniz qulduru "Faina"nın bortunu tərk etdikdən sonra orada 80-90 nəfərədək cinayətkar qalmaqdadır. Xatırladırıq ki, "Faina"nın azadlığa buraxılması üçün fevralın 3-də quldurlara 3,2 milyon dollar ödənilmişdir. M.Voytenkonun RİA "Novosti"nin müxbirinə verdiyi məlumata görə, dəniz quldurlarının hamısı gəminin bortunu tərk etdikdən sonra "Faina" Keniyaya doğru kurs götürəcəkdir. Gəmini Keniyaya ABŞ-ın hərbi gəmisi müşayiət edəcəkdir.

Beliz bayrağı altında Keniyaya üzən "Faina" dəniz quldurları tərəfindən 2008-ci ilin 25 sentyabrında ələ keçirilmişdir. Gəminin bortunda Keniyaya satılmış çoxlu miqdarda silah olmuşdur. Hipotetik böhran zamanı gəminin kapitanı rusiyalı Vladimir Kolobkov vəfat etmişdir. Hazırda "Faina"nın bortunda 20 ekipaj üzvü var. Onlardan 17 nəfəri ukraynalı, ikisi rusiyalı, biri isə latviyalıdır.

Digər xəbərlər