PDF Oxu

Dünya

  • 11

Şri-Lanka hökuməti “Tamil pələngləri” ilə danışıq aparmaqdan imtina edib

Şri-Lanka hökuməti “Tamil pələngləri” ilə danışıq aparmaqdan imtina edib
"Assoşieyted Press" informasiya agentliyinin fevralın 5-də yaydığı məlumata görə, Şri-Lanki hökuməti "Tamil-İlam azadlıq pələngləri" üsyançı qruplaşması üzvləri ilə danışıqlar aparmaqdan imtina etmişdir.

Şri-Lanka Müdafiə Nazirliyinin katibi Qotabhaya Racapaksenin dediyinə görə, hökumət "pələnglər"in tamamilə məğlub ediləcəyini gözləyir. Onun dediyinə görə, "pələnglər"in heç bir siyasi gələcəyi olmamalıdır. Bir müddət əvvəl ABŞ, Avropa Birliyi, Yaponiya və Norveç Şri-Lanka hökumətinə təklif edirdilər ki, konfliktin aradan qaldırılması üçün "pələnglər"lə danışıqlar aparılsın.

2008-2009-cu illərdə Şri-Lanki hökumətinin genişmiqyaslı hücumundan sonra "Tamil pələngləri" faktik olaraq darmadağın edilmişlər. Hökumət qoşunları "pələnglər"in paytaxt şəhəri Kallinoççini ələ keçirdikdən sonra üsyançılar ərzaq və silah təchizatından məhrum edilmişlər. Fevralın əvvəllərində "pələnglər"in sonuncu yeraltı bunkeri ələ keçirilmişdir. 25 il ərzində öz müstəqillikləri uğrunda vuruşmuş "Tamil pələngləri" cəngəlliklərdə gizlənmək məcburiyyəti ilə üzləşmişlər.

Digər xəbərlər