PDF Oxu

Dünya

  • 10

Medvedev KTMT ilə NATO-nun hərbi potensialını müqayisə edib

Medvedev KTMT ilə NATO-nun hərbi potensialını müqayisə edib
RİA "Novosti" informasiya agentliyinin fevralın 4-də yaydığı məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev belə bir bəyanat vermişdir ki, yeni yaradılmış Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının operativ zərbə qüvvəsinin potensialı analoji NATO strukturundan o qədər də az olmayacaqdır. KTMT-nin sammitindən sonra Rusiya prezidenti Moskvada keçirdiyi mətbuat konfransında yeni yaradılan qurum haqqında demişdir: "Bu, ciddi hərbi təşkilat olacaqdır. Onun kompleksləşdirilmiş müasir texnikası öz effektivliyi ilə seçiləcəkdir. Bu təşkilat öz potensialına görə Şimali Atlantika Alyansından geri qalmayacaqdır".

D.Medvedevin dediyinə görə, Rusiya hökuməti kollektiv təhlükəsizlik qüvvələrinin sıralarına bir diviziya və bir briqada verməyə hazırdır. Agentliyin məlumatına görə, söhbət 98-ci hava-desant qvardiya dviziyasından və 31-ci desant briqadasından gedir. D.Medvedev qeyd etmişdir ki, tərkibinə Rusiya, Belorus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan və Ermənistanın daxil olduğu təhlükəsizlik təşkilatı prinsipial razılıq əldə etməyə nail olmuşdur. Təşkilatın başlıca məqsədi hərbi təcavüzkarlığı dəf etmək, cinayətkarlığa və narkotrofizmə qarşı mübarizə aparmaq və fövqəladə vəziyyətlərin nəticələrini aradan qaldırmaqdır.

Digər xəbərlər