PDF Oxu

Dünya

  • 16

Kosovo öz kəşfiyyat xidmətini yaradır

Kosovo öz kəşfiyyat xidmətini yaradır
"Frans Press" informasiya agentliyinin fevralın 4-də yaydığı məlumata görə, Kosovo hökuməti özünün xüsusi kəşfiyyat xidmətini formalaşdırmağa başlamışdır. Kosovo prezidenti Fatmir Seydiu və baş nazir Haşim Taçi yanvarın 4-də belə bir bəyanat vermişlər ki, yaradılacağı nəzərdə tutulan Kosovo kəşfiyyat xidmətinin yeni rəhbəri bu xidmətin formalaşdırılması ilə məşğul olacaqdır.

33 yaşlı polkovnik Başkim Smakay Kosovo kəşfiyyat xidmətinə (KİA) başçılıq edəcəkdir. O, əvvəllər Kosovo polisində xidmət etmişdir. B.Smakay beş il ərzində KİA-nın direktoru vəzifəsini icra edəcəkdir. Kosovo kəşfiyyatı həm də əks-kəşfiyyat məsələləri ilə məşğul olacaqdır. Cinayətkarlığa və narkotofizmə qarşı mübarizə də KİA-nın nəzarəti altında olacaqdır.

Yanvarın 21-də Kosovo hökuməti özünün ordusunu yaratmışdır. Kosovo təhlükəsizlik qüvvələrinin (KTQ) sırasına 2500 nəfər daxil edilmişdir.

Digər xəbərlər