PDF Oxu

Dünya

  • 11

Təbii fəlakət Fransaya 1,4 milyard avro məbləğində zərər vurub

Təbii fəlakət Fransaya 1,4 milyard avro məbləğində zərər vurub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Parisin sığorta kompaniyaları yanvarın 24-də Fransada tüğyan edən qasırğanın ölkəyə vurduğu zərəri hesablamışlar. Mütəxəssislərin hesablamalarına görə, ümumi məbləğ 1,4 milyard avro həddindədir. Fransada qasırğadan 600 min nəfərədək ev təsərrüfatı zərər çəkmişdir.

Fevralın 2-də Fransada 15 min mənzil işıqsız qalmaqda davam etmişdir. Qasırğadan sonra təxminən 1,7 milyon mənzildə elektrik enerjisi çatışmazlığı müşahidə edilmiş, dəmir yolu nəqliyyatı öz işini dayandırmışdır.

Fransada mütəxəssislər bu qasırğanı son on il ərzində ən dağıdıcı təbii fəlakət kimi qələmə vermişlər. Xatırladırıq ki, yanvarın 24-də qasırğa Fransa və İspaniya ərazisində tüğyan etmiş, 25-də isə İtaliyaya çatmışdır. Avropanın cənubunda qasırğa 26 nəfərin həyatına son qoymuşdur.

Hazırda Avropanın bir çox ölkələrində güclü qar yağmaqda davam edir. Fransada yağan qarın hündürlüyü 3-10 santimetrə çatır. Bu da başlıca avtomobil yollarında nəqliyyatın hərəkətinə çətinlik törədir. Aeroportların bir çoxunda aviasiya reysləri təxirə salınmışdır.

Digər xəbərlər