PDF Oxu

Dünya

  • 9

Rusiya və Belorus vahid HMS yaratmaq istəyir

Rusiya və Belorus vahid HMS yaratmaq istəyir
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya və Belorus özlərinin xarici ölkələrlə olan sərhədlərini qorumaq məqsədilə fevralın 3-də birgə razılıq müqaviləsi imzalamışdır. Bu müqaviləyə əsasən, hər iki dövlətin hava sərhədlərini qorumaq üçün vahid regional havadan müdafiə sistemi yaradılacaqdır. Sənəd Kremldə Müttəfiq Dövlətlərin Ali Dövlət Şurasının yığıncağında Rusiya və Belorusun prezidentləri tərəfindən imzalanmışdır.

Agentliyin məlumatına görə, Rusiya rəhbərliyi əldə edilmiş razılaşmanı Rusiya-Belorus hərbi-texniki əməkdaşlıq sahəsində atılmış böyük addım kimi qiymətləndirmişdir. Moskva belə hesab edir ki, bu razılaşma hər iki ölkənin müdfiə qüdrətini kifayət qədər artıracaqdır. Rusiya hərbi-hava qüvvələrinin general-polkovniki Aleksandr Zelinin dediyinə görə, bu havadan müdafiə sisteminin tərkibinə beş aviasiya, on zenit-raket və beş radiotexniki hissə və bir radioelektron təchizatı hissəsi daxil ediləcəkdir.

Digər xəbərlər