PDF Oxu

Dünya

  • 7

Rusiya keçmiş SSRİ respublikalarından hərbi müttəfiq yaratmaq istəyir

Rusiya keçmiş SSRİ respublikalarından hərbi müttəfiq yaratmaq istəyir
"Kommersant" qəzetinin yazdığına görə, fevralın 4-də keçirilən Moskva sammitinə toplaşmış Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının (KTMT) üzvləri Rusiya Federasiyasının təşəbbüsü ilə Kollektiv Qüvvələrin Operativ Təsir (KQOT) təşkilatını yaradırlar.

Məlum olduğu kimi, KTMT sıralarına Rusiya, Belorus, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistan dövlətləri daxildir. Rusiyanın təklifinin qəbul ediləcəyi təqdirdə, KTMT bütöv bir hərbi-siyasi ittifaqa çevriləcəkdir. Qəzetin məlumatına görə, bu ittifaqa daxil olan ən böyük hərbi-desant və desant-hücum diviziyasını Rusiya öz üzərinə götürəcəkdir.

KQOT hissələri daimi dislokasiya yerlərində olub baş qərargahın milli-komanda strukturlarına tabe olacaqlar. Koordinasiya fəaliyyətini isə KQOT qərargahı yerinə yetirəcəkdir. Belə hesab edilir ki, KQOT-un yaradılması BMT-nin genişlənməsinə özünəməxsus cavab olacaqdır.

Digər xəbərlər