PDF Oxu

Dünya

  • 11

Kosovoda AB-nin hərbi tribunalı işə başlayıb

Kosovoda AB-nin hərbi tribunalı işə başlayıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, fevralın 3-də Kosovonun paytaxtı Priştina şəhərində Avropa Birliyinin hərbi tribunalı öz işinə başlamışdır. 2008-ci ilin dekabrında Kosovoya gələn Avropa Birliyi nümayəndələri son on il ərzində keçmiş serb diyarının sabitliyini qoruyan BMT-nin silahlı qüvvələrini əvəz etmişlər.

Hərbi tribunal özünün ilk yığıncağında Kosovonun Azadlıq Ordusunun keçmiş döyüşçüsünün işinə baxmışdır. Həmin döyüşçü dinc əhaliyə münasibətdə hərbi cinayətlər törətmişdir. İstintaqın məlumatına görə, həmin şəxs 1998-ci ilin iyulunda Serbiya ordusu ilə Kosovo Azadlıq Ordusu arasında gedən döyüşlər zamanı bir nəfəri öldürmüş, bir nəfəri isə yaralamışdır.

Həbs edilmiş 58 yaşlı Qani Qaşi günahsız olduğunu iddia edir. Təqsirinin sübut olunacağı təqdirdə, onu 5 ildən 40 ilədək azadlıqdan məhrumedilmə cəzası gözləyir. Cinayət işinə Avropa Birliyindən iki, Kosovodan isə bir hakimin iştirakı ilə hakimlər kollegiyası baxır.

2008-ci ilin dekabrında Avropa Birliyi missiyası tərkibində Kosovoya gələn hakim, polis və gömrükçülər işə başlamışdılar. Sonralar həmin missiya EULEX ("Kosovoda qanun-qaydaların tənzimlənməsi üzrə missiya") adlandırılmışdır. Bu təşkilatın vəzifəsi diyarın yeni rəhbərliyinə korrupsiya və cinayətkarlığın aradan qaldırılmasında kömək etməli idi.

Digər xəbərlər