PDF Oxu

Dünya

  • 12

Filippində on terrorçu hökumətə təslim olub

Filippində on terrorçu hökumətə təslim olub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Filippində fəaliyyət göstərən "Moro İslam Azadlıq Cəbhəsi" separatçı müsəlman qruplaşmasının on döyüşçüsü hökumətə təslim olmuşdur. Təslim olunan döyüşçülərin adları onların təhlükəsizliyinin təminatı səbəbindən açıqlanmır. Təslim olunların hamısı separatçıların komandiri Əbdülrəhman Makapaara xidmət edirdi. 2008-ci ilin sentyabrında bu komandirin dəstəsi Mindanao adasının mülki əhalisinə hücum etmişdir.

Fevralın 2-də təslim olan separatçılar silah və döyüş sursatlarını hökumət nümayəndələrinə vermişlər. Onlar etiraf etmişlər ki, hökumət əleyhinə silahlı mübarizə ağılasığmazdır.

Digər xəbərlər