PDF Oxu

Dünya

  • 5

Madaqaskar hökuməti altı müxalifətçini həbs edib

Madaqaskar hökuməti altı müxalifətçini həbs edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Mdaqaskarın hakimiyyət dairələri adanın şərq sahilində yerləşən Tuamasin limanında etiraz mitinqi keçirməyə hazırlaşan altı müxalifətçini həbs etmişlər.

Madaqaskar kütləvi informasiya vasitələrinin məlumatlarına görə, həbslər fevralın 2-də keçirilmişdir. Müxalifət lideri və paytaxt şəhəri Antenanarivunun meri Andri Rajuelinanın verdiyi bəyanata görə, fevralın 1-də görüşdüyü müxalifətçilərin bir neçəsi həbs edilmişdir.

Xatırladırıq ki, yanvarın 26-da A.Rajuelina əhalini ümummilli tətilə çağırmışdır. Nəticədə nümayişlər talan və zorakılığa çevrilmiş, 80 nəfər xəsarət almışdır. A.Rajuelina ölkə prezidenti Mark Ravalumanananı dövlət büdcəsini dağıtmaqda və diktatda ittiham edir. Onun verdiyi bəyanat görə, prezident və hökumət dekabrın 31-də üzərinə düşən vəzifəni yerinə yetirə bilməmişdi.

Digər xəbərlər