PDF Oxu

Dünya

  • 16

İspaniyada on Pakistan terrorçusu həbs edilib

İspaniyada on Pakistan terrorçusu həbs edilib
"Heraldo"nun yaydığı məlumata görə, Barselona şəhərinin polisi terrorçu təşkilatlarla əlaqədə şübhəli bilinən on Pakistan vətəndaşını həbs etmişdir. Həmin şəxslərin həbs edilməsi üçün orderi İspaniyanın Dövlət Məhkəməsi vermişdir.

Kütləvi həbslər terrorçuluq aktlarının qarşısının alınmasına yönəldilmiş, xüsusi əməliyyat dairəsində keçirilmişdir. Pakistanlıları sənədləri saxtalaşdırmaqda ittiham edirlər. Həbslər İspaniyanın Raval bölgəsində həyata keçirilmişdir. Hazırda həmin ərazi polisin nəzarəti altındadır. Bu cür xüsusi əməliyyatların keçirilməsi tezliklə İspaniyanın digər bölgələrində də keçiriləcəyi ehtimal olunur.

2004-cü ilin martında "Əl-Kaidə" terrorçuları Madrid dəmir yolunun müxtəlif stansiyalarında on partlayış törətmişlər. Nəticədə 191 nəfər həlak olmuş, 2000 nəfərədək insan yaralanmışdır. Partlayışlardan üç gün sonra keçirilmiş seçkilərdə iqtidarda olan İspaniya Xalq Partiyası sosialistlərə məlum olmuşdur.

Digər xəbərlər