PDF Oxu

Dünya

  • 5

Afinada polis məntəqəsinə hücum edilib

Afinada polis məntəqəsinə hücum edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, fevralın 3-nə keçən gecə Afinanın qərb hissəsində yerləşmiş polis məntəqəsinə hücum edilmişdir. Yunan polisinin məlumatına görə, hücum edən silahlı şəxslər polis məntəqəsini atəşə tutmuş və içəri qumbara atmışlar.

Afina polis idarəsinin nümayəndəsinin dediyinə görə, hücumda üç nəfər iştirak etmişdir. Üzləri maskalı olan həmin şəxslər polis məntəqəsinə on dəfə atəş açmış və içəriyə bir əl qumbarası tullamışlar. Polis məntəqəsinə hücum "İnqilabi Xalq Mübarizə" təşkilatının bir polis əməkdaşını Afinanın mərkəzində ağır vəziyyətdə yaraladıqlarını öz üzərlərinə götürdükdən bir ay sonra təşkil edilmişdir. Bu təşkilat üzvləri özlərini kapitalizm və imperializm əleyhinə mübarizlər kimi təqdim edirlər.

Xatırladırıq ki, 2008-ci ilin dekabrında əvvəl Afinanı, sonralar isə Yunanıstanın digər regionlarını kütləvi qanun pozuntusu öz ağuşuna almışdı. Kütləvi etiraz aksiyasının səbəbi 15 yaşlı yeniyetmənin polis patrulu tərəfindən güllələnməsi olmuşdu. Yeniyetmənin ölümü etiraz dalğası yaratmış və bu hadisə sonralar dövlət əleyhinə çıxışlara çevrilmişdir.

Digər xəbərlər