PDF Oxu

Dünya

  • 6

Səudiyyə Ərəbistanı terrorizmdə şübhəli bilinənlərin siyahısını dərc edib

Səudiyyə Ərəbistanı terrorizmdə şübhəli bilinənlərin siyahısını dərc edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının hakimiyyət dairələri bütün dünyada "Əl-Kaidə" ilə əlaqədə olan 85 nəfərin siyahısını dərc etmişdir. "SPA" dövlət informasiya agentliyinin siyahısında 83 Səudiyyə Ərəbistanı və 2 Yəmən dövlətinin vətəndaşının adı çəkilir. Hakimiyyət dairələri bu adamları könüllü surətdə təslim olmağa çağırır.
Yanvarda belə bir məlumat dərc edilmişdir ki, Quantanamo həbsxanasından buraxılmış daha on silahlı həbs edilmişdir. Onların ikisinin şəkili islam saytlarından birində yerləşdirilmiş videorolikdə göstərilmişdir. Bir qədər sonra məlum olmuşdur ki, azadlığa buraxılmış silahlılardan biri səudiyyəli Əbu Supyan əl-Azdi əl-Şəhri olmuşdur. Bu şəxs Yəməndə "Əl-Kaidə"nin yerli özək dəstəsinə başçılıq etmişdir.

Digər xəbərlər