PDF Oxu

Dünya

  • 5

Avstraliya serb hərbi təlimatçısını Xorvatiyaya qaytaracaq

Avstraliya serb hərbi təlimatçısını Xorvatiyaya qaytaracaq
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, avstraliyanın Ali Məhkəməsi fevralın 3-də serb əsilli Avstraliyalı Draqan Vasilkoviçin Xorvatiyaya ekstradisiya edilmsinə icazə vermişdir. Xorvatiyanın hakimiyyət dairələri haqqında söhbət gedən şəxsi keçmiş Yuqoslaviya ərazisində baş vermiş hərbi konflikt dövründə dinc xorvatları qətlə yetirməkdə ittiham edirlər.

D.Vasilkoviçin Xorvatiyaya ekstradisiya edilməsi məsələsi 2007-ci ildə həll edilmişdi. Ancaq müttəhim Avstraliyanın Ali Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, məhkəmənin qərarını dəyişdirməyə nail olmuşdur. D.Vasilkoviç sübut etmişdir ki, Xorvatiya hökuməti məhkəmənin ədalətliliyini təmin edə bilməyəcəkdir. Qəribə də olsa Avstraliyanın Ali Məhkəməsi onun şikayətini təmin etmişdir.

D.Vasilkoviç 1991-ci ildə Knində serb silahlı qüvvələri bazasında dinc xorvatları qətl və işgəncələrə məruz qoymaqda, 1993-cü ildə isə Brusqa kəndində cinayət törətməkdə ittiham edilir. Müttəhim əleyhinə yönəldilən bütün ittihamları rədd edir. Bununla yanaşı, o, serb könüllüləri ilə təlim keçdiyini və müharibə zamanı qarşı tərəfin əsgərini öldürdüyünü etiraf etmişdir. S.Vasilkoviç hərbi əsirlərin dindirilməsində də iştirak etdiyini boynuna almışdır. İstintaqın məlumatına görə, D.Vasilkoviç Avstraliya ordusunun ehtiyatda olan hərbi qulluqçusudur, qolf dərsləri keçməklə əmək haqqı qazanır. O, 1991-ci ildə Xorvatiyaya köçərək, serb silahlı qüvvələrinin dəstələrinə qoşulmuş və "Alfa" məşq düşərgəsində təlimatçı işləmişdir.

Digər xəbərlər