PDF Oxu

Dünya

  • 10

Tokio vulkan külü altında qalıb

Tokio vulkan külü altında qalıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Tokio şəhərinin bir neçə kvartalı vulkan külü altında qalmışdır. Şəhərin 145 kilometrliyində yerləşən Asama vulkanı püskürməyə başlamışdır.

Asama fevralın 2-də yerli vaxtla saat 01:51 dəqiqədə püskürməyə başlamışdır. Vulkan tüstüsünün və külünün hündürlüyü 1,6 kilometrə bərabər idi. Əhaliyə 4 kilometr radiusunda həyəcan siqnalı çatdırılmış və əhaliyə ehtiyatlı olmaq tövsiyə edilmişdir.

Yaponiyada həyəcan siqnalının 5 dərəcəsi vardır. Dördüncü dərəcə evakuasiyaya hazırlaşmağı ehtiva edir. Beşinci dərəcəli həyəcan siqnalından sonra isə təxirəsalınmadan evakuasiya xidməti həyata keçirilir.

Asama vulkanı son dəfə 2004-cü ildə püskürmüşdür. Hazırda Yaponiya ərazisində 108 fəaliyyətdə olan vulkan qeydə alınmışdır.

Digər xəbərlər