PDF Oxu

Dünya

  • 11

Tacikistan prezidenti Medvedevlə danışıqları təxirə salıb

Tacikistan prezidenti Medvedevlə danışıqları təxirə salıb
Fevralın 2-də "Kommersant" qəzetinin yazdığına görə, Tacikistan prezidenti İmaməli Rahmon Rusiya prezidenti Dmitri Medvedevlə Moskvada keçiriləcək görüşünü təxirə salmışdır. Qəzetin yazdığına görə, İ.Rahmon fevralın 4-də Avropa və Asiya sammitində də iştirak etməyəcəkdir.

Tacikistanın Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, ölkə prezidenti iqtisadi böhranın yaratdığı vəziyyətlə əlaqədar ölkə hüdudlarını tərk etməyəcəkdir. "Kommersant"ın yazdığına görə, Rusiya tərəf son anadək görüşü gerçəkləşdirməyə cəhd etmişdir. "Vremya Novostey" qəzetinin yazdığına görə, Tacikistanda böhran vəziyyəti fevralın 10-dan tez aradan qaldırılmayacaqdır.

Digər xəbərlər