PDF Oxu

Dünya

  • 13

Rusiya Kubaya 354 milyon dollar kredit verəcək

Rusiya Kubaya 354 milyon dollar kredit verəcək
"Vedomosti" qəzetinin yazdığına görə, Rusiya Kubaya əvvəllər nəzərdə tutulduğu kimi, 20 milyon dollar yox, 354 milyon dollar məbləğində kredit ayıracaqdır. Qəzetin məlumatına görə, danışıqlar Moskvada Rusiya prezidenti Dmitri Medvedev və Kuba prezidenti Raul Kastro arasında aparılmışdır.

"Vedemosti" yazır ki, bu kreditdən başqa Kuba Rusiyanın xarici iqtisadiyyat bankından 47 milyon dollar alacaq. Əlavə olaraq, Kubaya müxtəlif növlü texnika da öndəriləcəkdir. Onların arasında yük təyyarələri də vardır. Rusiya Kubaya 37 milyon dollar məbləğində ödəncsiz ərzaq yardımı da edəcəkdir. Söhbət müvafiq olaraq, 7 və 30 milyon dollar məbləğində iki buğda tranşından gedir.

Xatırladırıq ki, 2008-ci ilin payızında Rusiya Kubaya 335 milyon dollar kredit ayırmışdı.

Digər xəbərlər