PDF Oxu

Dünya

  • 10

Pakistanda oğurlanmış BMT əməkdaşı ABŞ vətəndaşıdır

Pakistanda oğurlanmış BMT əməkdaşı ABŞ vətəndaşıdır
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, fevralın 2-də Pakistanda oğurlanmış BMT əməkdaşı ABŞ vətəndaşıdır. Pakistanın yüksək vəzifəli polis əməkdaşı Xalid Məsud hadisənin doğruluğunu təsdiq etmişdir. O oğurlanan şəxsin adının Con Soleki olduğunu bildirmişdir. Polisin dediyinə görə, oğurlanan şəxs Pakistanın Bəlucistan əyalətində qaçqınların işi üzrə şöbənin rəhbəri işləmişdir. Agentliyin məlumatına görə, əməkdaşın oğurlanması haqqında faktı BMT də təsdiq etmişdir.

Con Soleki Bəlucistanın paytaxtı Kvetta şəhərində oğurlanmışdır. C.Soleki öz pakistanlı sürücüsü ilə gedərkən onun avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulmuşdur. Yaralanmış sürücü sonradan ölmüşdür. Cinayətkarlar C.Solekini özləri ilə aparmışlar. X.Məsudun dediyinə görə, C.Soleki Kvettada iki il işləmişdir. Agentlik qeyd edir ki, BMT-nin Bəlucistan əyalətində fəaliyyət göstərən qaçqınlar üzrə şöbəsi Əfqanıstandan Pakistana keçən qaçqınlara yardım göstərir.

Digər xəbərlər