PDF Oxu

Dünya

  • 9

Praqada ABŞ RMƏ qurğusu əleyhinə mitinq keçirilmişdir

Praqada ABŞ RMƏ qurğusu əleyhinə mitinq keçirilmişdir
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, yüzlərlə insan kütləsi Praqanın küçələrindən keçərək, ABŞ hökumətinin Çexiya ərazisində quraşdırmaq istədiyi raketdən müdafiə əleyhinə sistemlərin quraşdırılmasına öz etirazını bildirmişdir. Mitinqi Çexiya Kommunist Partiyası təşkil etmişdir.

Polisin məlumatına görə, nümayişdə min nəfərə yaxın insan iştirak etmişdir. Təşkilatçılar isə mitinqçilərin 2500 nəfər olduğunu bildiriblər. Nümayişçilərin əllərində üzərinə "Radarlar quraşdırılmasın!" və "Yeni silahlanmanın qarşısı alınmalıdır!" sözləri yazılmış transparatlar tutmuşlar. Təşkilatçılar Çexiyadakı ABŞ diplomatlarına prezident Barak Obamaya çatdırmaq üçün məktub vermişlər. Məktubda Çexiya ərazisində RMƏ sistemi quraşdırmaqdan imtina edilməsi təklif edilir.

2008-ci ildə Praqa və Vaşinqton arasında Çexiya paytaxtının cənubi-qərb hissəsində raketdən müdafiə əleyhinə radar qurğusu inşa etmək haqda razılıq əldə edilmişdi. Rəy sorğusunun nəticələrinə görə, ölkə əhalisinin üçdə iki hissəsi bu planın gerçəkləşdirilməsi əleyhinədir.

Digər xəbərlər