PDF Oxu

Dünya

  • 8

Pakistanda 43 nəfər həlak olub

Pakistanda 43 nəfər həlak olub
"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, fevralın 1-də taliblərlə hökumət qoşunları arasında Pakistanın şimali- qərbində gedən döyüşlərdə atışma zamanı ən azı 43 nəfər dinc sakin həlak olmuşdur.

Pakistan hərbçiləri və "Taliban" hərəkatı üzvləri arasında döyüşlər Svat vadisində getmişdir. Pakistan ordusu ölənlərin mülki şəxslər olduğunu anonimlik şəraitində bildirmişdi. Ordu və separatçılar arasında olan itkilər haqda məlumat verilmir.

Əvvəllər dağ xizəyi kurortu olan Svat vadisi hazırda radikal islamçıların nəzarəti altındadır. Taliblər bu ərazidə 180-ə yaxın məktəb binası partlatmış və yerli əhalini hədə-qorxu altında saxlamışlar.

Digər xəbərlər