PDF Oxu

Dünya

  • 11

İsrail "HƏMAS"-a bir il yarım müddətə atəşkəs təklif edib

İsrail "HƏMAS"-a bir il yarım müddətə atəşkəs təklif edib
"Haaretz" qəzetinin yazdığına görə, danışıqların Qahirədə keçirilən raundu zamanı İsrail "HƏMAS" radikal nümayəndələrinə təşkilatı 18 ay müddətinə atəşkəs sazişi imzalamağı təklif etmişdir. İsrail nümayəndəsi Amos Gilad danışıqlarda vasitəçilik edən Misir tərəfə bu təklifin reallığını izah etmişdir. "HƏMAS" nümayəndəsi Ayman Taha isə bir il müddətində atəşkəs imzalamağa hazır olduqlarını bildirmişdir.

A.Tahanın təklifinə əsasən, atəşkəsin bir il imzalanacağı təqdirdə, İsrail tərəf Qəzza bölgəsinin blokadasını götürməli və Misir və İsrail yolu üzərindəki nəzarət-keçid məntəqələrini açmalıdır. İsrail tərəfi isə bu təklifləri o şərtlə qəbul etdi ki, Avropa və Misir müşahidəçiləri Qəzza bölgəsinin sərhədini mühafizə etsinlər. "HƏMAS"-çılar bu bölgədə İsrail müşahidəçilərinin olmasını qətiyyətlə inkar edirlər.

Xatırladırıq ki, İsrail tərəf 2008-ci il dekabrın 27-də Qəzza bölgəsində başladığı hərbi əməliyyatı yanvarın 18-də başa çatdırmışdır.

Digər xəbərlər