PDF Oxu

Dünya

  • 8

Avropada baş vermiş tufan 24 nəfərin ölümünə səbəb olub

Avropada baş vermiş tufan 24 nəfərin ölümünə səbəb olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, bazar günü İtaliyanın cənubunda baş vermiş torpaq sürüşməsi nəticəsində ən azı 3 nəfər həlak olmuşdur. Xilasedicilərin dediklərinə görə, torpaq sürüşməsi güclü leysan yağışlarından sonra baş vermişdir. Salerno və Reco-di-Kalabriya şəhərlərini birləşdirən qələbəli yol da sürüşmə zonasına düşmüşdür. Agentliyin məlumatına görə, Neapolun çimərliklərindən birində bir qadın həlak olmuşdur.

Bir qədər əvvəl Fransa və İspaniyada, müvafiq olaraq, 8-12 nəfər tufan nəticəsində həlak olmuşdur. Beləliklə, Avropada tufan nəticəsində həlak olan qurbanların sayı 24 nəfərə çatmışdır.

Yanvarın 24-də İspaniya və Fransada baş vermiş tufan yanvarın 25-də İtaliyanın cənub sahillərinə çatmışdır. 1999-cu ildən sonra Avropada bu cür güclü külək müşahidə edilməmişdir. O zaman 88 nəfər həlak olmuşdu.

Digər xəbərlər