PDF Oxu

Dünya

  • 6

"Tamil pələngləri" sonuncu şəhəri təslim edib

"Tamil pələngləri" sonuncu şəhəri təslim edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Şri-Lanki ordusu ölkənin şimali-şərq sahilində yerləşən Mullaittiva şəhərini ələ keçirmişdir. Bir müddət əvvəl bu şəhər "Tamil-İlam azadlıq pələngləri" üsyançı qruplaşmasının nəzarəti altında olmuşdur. Şri-Lanki ordusu şəhəri dəniz tərəfdən ələ keçirmişdir. Kiçik qayıqlarla sahilə üzən ordu əsgərləri kiçik müqavimətlə üzləşərək şəhərə daxil olmuşdur. "Pələnglər" onlara mane olmaq istəsələr də, buna nail ola bilməmişlər. Onlar müdafiə qurğularını partladaraq, şəhər kvartallarını su altında qoymaq istəyirdilər. Şri-Lanki ordusu buna mane olmuşdur.

"Tamil-İlam azadlıq pələngləri" qruplaşmasının üzvləri 1972-ci ildən tamillərin Şri-Lanki ərazisindən ayrılaraq öz milli dövlətlərini qurmaq uğrunda mübarizə aparırlar. Ötən vaxt ərzində on minlərlə insan həlak olmuşdur. "Pələnglər" terrorçu-kamikadzelərin və uşaqların xidmətindən istifadə edirdilər.

2008-ci ildə Şri-Lanki rəhbərliyi separatçılara münasibətdə genişmiqyaslı hərbi əməliyyat keçirmişdir. Ölkə prezidenti əmin olduğunu bildirmişdir ki, 2009-cu ildə "pələnglər"in axırına çıxacaqlar.

Digər xəbərlər