PDF Oxu

Dünya

  • 7

Medvedev və Obama tezliklə görüşəcəkləri haqda razılıq əldə ediblər

Medvedev və Obama tezliklə görüşəcəkləri haqda razılıq əldə ediblər
"İnterfaks" informasiya agentliyinin Kremlin mətbuat xidmətinə əsaslanaraq yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Dmitri Medvedev tezliklə görüşəcəkləri və ikitərəfli danışıqlar aparacaqları haqda razılıq əldə etmişlər. Prezidentlərin hər ikisi müvafiq qərarı telefon danışıqları zamanı qəbul etmişlər. Məlumata görə, D.Medvedev B.Obamanı prezidentlik vəzifəsinə başladığı üçün təbrik etmiş və uğur diləmişdir. Hər iki prezident Rusiya-ABŞ potensialını bərpa edəcəklərini vəd etmiş və dünya maliyyə böhranının nəticələrini birgə aradan qaldırdıqlarını bildirmişlər.

"Assoşieyted Press"in məlumatına görə, yanvarın 26-da B.Obama Rusiya prezidenti D.Medvedevdən başqa Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Nikolya Sarkoziyə də zəng etmişdir. Əvvəllər verilən məlumatlara görə, B.Obama Rusiyaya apreldə səfər edəcəkdir. Ehtimal olunur ki, onun Rusiyaya səfəri aprelin 2-də başlanacaq ilk Avropa turniri çərçivəsində gerçəkləşəcəkdir. Həmin tarixdə Londonda sammit keçiriləcəkdir. B.Obamanın ilk xarici ölkəyə səfəri ənənəvi olaraq Kanada olacaqdır.

"ABC Nyus" agentliyinən məlumatına görə, ABŞ prezidenti B.Obama ilk müsahibəsini "Əl-Ərəbiyyə" telekanalına verəcəyini vəd etmişdir. Həmin müsahibə artıq Moskva vaxtı ilə səhər saat 7-də artıq telekanala ötürülmüşdür. Mənzil-qərargahı Dubayda yerləşib verilişlərini ərəb dilində aparan "Əl-Ərəbiyyə" telekanalının 23 milyon tamaşaçısı vardır.

B.Obama yanvarın 26-da belə bir bəyanat vermişdir ki, parnik qazlarının ABŞ ekologiyasına neqativ təsirini azaltmaq fikrindədir. B.Obama federal agentliyə vəd etmişdir ki, ətraf mühitin qorunmasında diqqətli olacaqdır.

Digər xəbərlər