PDF Oxu

Dünya

  • 11

Koliforniya sakini İrana hərbi texnika satıb

Koliforniya sakini İrana hərbi texnika satıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, yanvarın 26-da İran əsilli amerikalı İrana hərbi texnikanın detallarını satmaqda təqsirli bilinmişdir. 48 yaşlı ABŞ vətəndaşı Hassan Keşari İranın hakimiyyət dairələrinə S-130 yük təyyarəsi, AN-1 hərbi vertolyotu və F-14 qırıcı təyyarəsinin detallarını satın almağa kömək etmişdir.

ABŞ İrana silah satışına embarqo qoyduğu üçün H.Keşşarinin maksimal azadlıqdan məhrumolunma müddəti beş il ola bilər. Çünki ABŞ-da yaşayan İranəsilli şəxslərə İran hökumətinə silah satışında vasitəçilik etmək qadağan edilmişdir.

İrana satılan ehtiyat hissələri ABŞ-dan BƏƏ-yə ötürülmüşdür.

Digər xəbərlər