PDF Oxu

Dünya

  • 8

İraqın baş naziri ABŞ ordusunun tezliklə çıxarılacağını bildirib

İraqın baş naziri ABŞ ordusunun tezliklə çıxarılacağını bildirib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, yanvarın 26-da İraqın baş naziri Nuri əl-Maliki belə bir bəyanat vermişdir ki, ABŞ ordusunun İraq ərazisindən çıxarılması 2008-ci il ABŞ-İran razılaşmasından əvvələ salına bilər.

İraq və Corc Buş administrasiyasının gəldiyi razılaşmaya əsasən, ABŞ ordusu İraq şəhərlərini 2009-cu ilin yayınadək tərk edəcəkdir. ordunun bütövlükdə İraqdan çıxarılması 3 il davam edəcək və 2011-ci ilin axırlarında başa çatacaqdır.

Ağ Evdə Buşu əvəz edən Barak Obama seçkiönü kampaniyası zamanı ABŞ ordusunu İraq ərazisindən 16 ay ərzində çıxaracağını vəd etmişdi. Bununla əlaqədar əl-Maliki qeyd etmişdir ki, ABŞ ordusunun İraqdan çıxarılması vaxtı sürətləndirilə bilər. Bir çox ekspertlər belə hesab edirlər ki, ABŞ ordusunun tezliklə İraq ərazisindən çıxarılması ölkədaxili vəziyyətdə xaosla nəticələnəcək gərginlik yarada bilər.

Digər xəbərlər