PDF Oxu

Dünya

  • 9

Polşanın xarici işlər naziri NATO-ya başçılıq etmək istəmir

Polşanın xarici işlər naziri NATO-ya başçılıq etmək istəmir
Polşa dövlət telekanalının məlumatına görə, Polşanın xarici işlər naziri Radoslav Sikorski yanvarın 26-da belə bir bəyanatla çıxış etmişdir ki, BMT-nin baş katibi postu uğrunda mübarizəyə qoşulmayacaqdır. "Mən NATO-nun baş katibi postuna namizəd deyiləm" deyə R.Sikorski bildirmişdir. Ancaq qeyd etmişdir ki, BMT-nin yeni baş katibi Mərkəzi Avropa nümayəndəsi olmalıdır. Bir müddət əvvəl Avropanın bir çox kütləvi informasiya vasitələri 45 yaşlı R.Sikorskini NATO-nun baş katibi postuna ehtimal olunan namizədi hesab edirdilər. Xatırladırıq ki, Yaap de Hoop Sxefferin səlahiyyət müddəti iyulun 31-də başa çatır. Bu posta Danimarkanın iqtidarda olan baş naziri Anders Foq Rasmussenin namizədliyi məsələsi də diqqət mərkəzindədir. Bəzi məlumatlara görə, Fransa hökuməti onun namizədliyini dəstəkləyir.

Digər xəbərlər