PDF Oxu

Dünya

  • 10

Yuşşenko Avropa Birliyini vahid qaz siyasəti olmamaqda ittiham edib

Yuşşenko Avropa Birliyini vahid qaz siyasəti olmamaqda ittiham edib
Ukrayna prezidenti Viktor Yuşşenko belə hesab edir ki, Rusiya qazının Avropaya nəqlinin dayandırılması göstərdi ki, Avropa Birliyinə üzv ölkələrin vahid qaz siyasəti yoxdur. V.Yuşşenko bu bəyanatı Brüsseldə rəsmi səfərdə olarkən "Financial Tayms" qəzetinə verdiyi müsahibədə vermişdir. Ukrayna prezidenti belə hesab edir ki, Avropa Birliyi özünü yeganə enerji qoyuluşçusundan asılı vəziyyətə salmışdır. V.Yuşşenko bildirmişdir ki, Rusiya qazının Ukrayna ərazisindən Avropaya ötürülməsindəki nasazlıqlar təmsilçisi olduğu ölkənin Avropa Birliyi ilə münasibətlərində gərginlik yaratmamışdır. "Əksinə, bu vəziyyət bizim gələcək qarşılıqlı inkişafımıza təkan vermişdir. Biz bu insident barəsində namuslu olduğumuzu sübut etdik. Bu səbəbdən həqiqət bizimlədir" deyə V.Yuşşenko bildirmişdir.

Digər xəbərlər