PDF Oxu

Dünya

  • 14

Amerikalı nüvə texnologiyasını Fransaya satmağa cəhd edib

Amerikalı nüvə texnologiyasını Fransaya satmağa cəhd edib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, "Vechtel Yacobs" ABŞ kompaniyasının keçmiş əməkdaşı Roy Oukli Fransaya məxfi informasiya ötürməyə cəhd etdiyini etiraf etmişdir. Həmin məxfi informasiya uranın zənginləşdirilməsi texnologiyası ilə əlaqədardır. Zənginləşdirilmiş uran təklif edilmiş konkret proses dairəsidə istifadəyə yararlı olur.

67 yaşlı R.Oukli satmağa cəhd etdiyi məxfi informasiyanı Ouk-Ric şəhərinin milli laboratoriyasında işləyərkən əldə etmişdir. Sonralar laboratoriya şəraitində uranın zənginləşdirilməsi dayandırılmışdır. Bundan sonra "Vechtel Yacobs" kompaniyası uranın zənginləşməsinin nəzarətini öz əlinə keçirmişdir. Bu kampaniya ABŞ-ın energetika nazirliyinin tabeçiliyi altında işləyirdi.

R.Oukli 2006-cı ildə laboratoriyada işləyərkən Fransanın Vaşinqtondakı səfirliyinə müraciət edib, əldə etmiş olduğu informasiyanı 200 min dollara satmışdır. Ancaq Fransa diplomatları bu haqda Federal Təhqiqat Bürosuna məlumat verdikdən sonra 2007-ci ildə R.Oukli həbs edilmişdir.

Digər xəbərlər