PDF Oxu

Dünya

  • 9

İsrail Qəzza bölgəsinə zirehli texnika yeridib

İsrail Qəzza bölgəsinə zirehli texnika yeridib
"Haaretz" qəzetinin yazdığına görə, Qəzza bölgəsi sərhədi yaxınlığında TSAXAL patrul xidmətinin partladılmasından bir neçə saat sonra İsrail Qəzza bölgəsinə aviasiya zərbəsi endirmiş və bunun ardınca bölgəyə bir neçə hərbi hissə yeritmişdir. Şahidlərin dediklərinə görə, İsrail-Qəzza sərhədini bir neçə tank keçmişdir. İsrail ordusu Qəzza bölgəsinin ən iri yaşayış məntəqəsi olan Xan-Yunis şəhəri və onun ətrafında mövqe tutmuşdur.

İsrail vertolyotları Qəzzanın bir neçə məntəqəsinə raket zərbələri endirmişlər. TSAXAL vertolyotları motosikllə gedən "HƏMAS" döyüşçüsünə atəş açmışlar. Nəticədə islamçı və yoldan təsadüfən keçən bir şəxs ağır bədən xəsarəti almışdır.

"Frans Press"in məlumatına görə, İsrailin hərbi hava qüvvələrinə məxsus təyyarə Qəzza bölgəsi ilə Misir arasında olduğu güman edilən yeraltı tunelləri atəşə tutmuşdur. İsrail tərəfin ehtimalına görə, Qəzza bölgəsinə silahlar məhz bu tunellər vasitəsilə daşınır. Raket zərbəsindən sonra güclü partlayış müşahidə edilmişdir.

"Röyter"in məlumatına görə, yanvarın 27-də ABŞ-ın dövlət katibi Hillari Klinton "HƏMAS"-ın raket zərbələrinə cavab verməyin İsrailin öhdəsinə buraxıldığını bildirmişdir. "Biz İsrailin müdafiə hüququnu dəstəkləyirik. Kədərli haldır ki, "HƏMAS" rəhbərliyi təxribat törətməklə İsraili qalmaqala cəlb etmək istəyir" - deyə H.Klinton bildirmişdir.

Digər xəbərlər