PDF Oxu

Dünya

  • 16

Madaqaskar paytaxtında ölənlərin sayı 34 nəfərə çatıb

Madaqaskar paytaxtında ölənlərin sayı 34 nəfərə çatıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, yanvarın 26-dan etibarən Madaqaskarın paytaxtı Antananarivuda baş verən qarşıdurma nəticəsində ölənlərin sayı 34 nəfərə çatmışdır.

Yanvarın 27-də xilasedicilər 25 talançının yanmış cəsədlərini paytaxtın ticarət mərkəzlərinin birində aşkar etmişlər. Həmin şəxslər talan etdikləri binadan vaxtında çıxa bilmədiklərindən, yanğının qurbanına çevrilmişlər. Həmin gün daha 6 nəfər ölkə prezidenti Mark Ravalumanana məxsus anbarın talan edilməsi zamanı yaranmış basabasda həlak olmuşdur. Yerli həbsxanalardan birində baş vermiş qiyam nəticəsində mühafizəçi bir məhbusu öldürmüş, 10 nəfəri isə yaralamışdır.

Antananarivuda qanun pozuntusu yanvarın 26-da çoxminli mitinqdən sonra başlanmışdır. Mitinqin təşkilatçılarından biri müxalifət təmsilçisi, 34 yaşlı şəhər meri Andri Racuelina olmuşdur. Nümayişçilər bir neçə mağazanı talan etmiş və bir neçə binanı dağıtmışlar. Ancaq polis kütləvi talançılığın qarşısını almağa müvəffəq olmuşdur. Şəhərdə baş vermiş qanun pozuntusu ölkə prezidentinin Cənubi Afrikaya rəsmi səfərini təxirə salmağa məcbur etmişdir. Təcili ölkəyə qayıdan prezident əhalini sakitliyə çağırmışdır.

Digər xəbərlər