PDF Oxu

Dünya

  • 11

Ali Radanın spikeri prezident seçkilərinin vaxtını elan edib

Ali Radanın spikeri prezident seçkilərinin vaxtını elan edib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Ukraynada prezident seçkiləri 2010-cu ilin 17 yanvarında keçiriləcəkdir. Bu müddəti Ali Radanın spikeri Vladimir Litvin müəyyənləşdirmişdir.

Yanvarın 27-də "Beşinci kanal"ın efirində çıxış edən V.Litvin demişdir ki, Ukrayna prezidenti Viktor Yuşşenko və hökumət nümayəndəsi Yuliya Timoşenko ilə məsləhətləşdikdən sonra prezident seçkilərinin vaxtını təyin etdik. Ukrayna prezidenti katibliyi başçısının müavini Marina Stavniyçuk ümid etdiyini bildirmişdir ki, bu məsələ Ali Radanın növbəti sessiyasının açılışında müzakirə ediləcəkdir.

Ukrayna MSK-sının qərarına əsasən, prezident seçkilərinin keçirilməsi məqsədilə 941 milyon 285 min qriven (120 milyon dollar) ayrılacaqdır.

Digər xəbərlər