PDF Oxu

Dünya

  • 10

Taliblər Pakistanda bir məktəb altı yaşayış binası partladıb

Taliblər Pakistanda bir məktəb altı yaşayış binası partladıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, "Taliban" hərəkatı döyüşçüləri Pakistanın şimali-qərbində bir oğlan məktəbi və yerli kəndxudalara məxsus altı evi partlatmışlar. Terror aktı Pakistan və Əfqanıstan sərhədində yerləşən Bacaur vilayətində törədilmişdir.

Partlayışlar Bacaurda yanvarın 27-də axşam baş vermişdir. 2001-ci ilin axırlarından etibarən bu ərazi ekstremistlərin hücumlarına məruz qalır. Pakistan hökuməti bu yerlərdə mütəmadi olaraq hərbi əməliyyatlar keçirir və separatçıları məhv edirlər.

"Röyter" agentliyinin yaydığı məlumata görə, Amerika hərbçiləri Pakistana raket zərbələri endirməkdə davam edirlər. ABŞ-ın müdafiə naziri Robert Geyts Senat komitəsində çıxışı zamanı bu bəyanatı vermişdir. Onun dediyinə görə, Pakistan və Əfqanıstan sərhədində mövqe tutmuş terrorçularla mübarizə bundan sonra da davam etdiriləcəkdir.

Yanvarın 23-də Amerika hərbi təyyarələri Vəziristan əyalətinə raket zərbələri endirmişlər. Nəticədə 17 nəfər həlak olmuşdur. Bu, ilk genişmiqyaslı hücum idi ki, ABŞ-ın 44-cü prezidenti Barak Obama öz vəzifə səlahiyyətlərini icra etməyə başlamışdı. Bununla əlaqədar R. Geyts demişdir: "Həm keçmiş prezident Corc Buş, həm də Barak Obama "Əl-Kaidə" terrorçu qruplaşmalarının üzvlərinin olduqları ərazini bombardman etməyin tərəfdarıdırlar".

Digər xəbərlər