PDF Oxu

Dünya

  • 12

Yaponiya Somali quldurlarına qarşı hərbi əməliyyat keçirməyə hazırlaşır

Yaponiya Somali quldurlarına qarşı hərbi əməliyyat keçirməyə hazırlaşır
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Yaponiya hökuməti Somali yaxınlığında fəaliyyət göstərən dəniz quldurlarına qarşı hərbi əməliyyat keçirməyə hazırlaşır. Yaponiyanın baş naziri Taro Asonun verdiyi bəyanata görə, ölkənin hərbi dəniz qüvvələrinə məxsus gəmilər bir aydan sonra dəniz quldurları ilə döyüşə başlayacaqlar. Bununla da Yaponiya quldurlarla mübarizə aparan beynəlxalq qüvvələrin sırasına qoşulacaqdır. Bununla əlaqədar Taro Aso demişdir: "Dəniz quldurlarının Somali sahillərində yük gəmilərinə hücumu beynəlxalq ictimaiyyəti təhlükə altına almaqdadır. Yaponiya hadisələrə biganə qala bilməz. Biz bu yöndə operativ ölçülər götürəcəyik."

Yaponiya gəmiləri quldurların fəallaşdıqları Ədən körfəzinin dəniz sularını müdafiə edəcəkdir.

Digər xəbərlər