PDF Oxu

Dünya

  • 10

Rusiya əsgəri Gürcüstana qaçdığını etiraf edir

Rusiya əsgəri Gürcüstana qaçdığını etiraf edir
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi yanvarın 27-də Rusiya ordusunun serjantı Aleksandr Qluxovun Gürcüstan ordusu tərəfindən girov götürüldüyünü bəyan etmişdir. Ancaq A.Qluxov jurnalistlərlə söhbətində demişdir ki, Gürcüstan ərazisinə Rusiya ordusundan fərarilik edərək keçmişdir. "Mən bir müddət Gürcüstanda qalmaq niyyətindəyəm. Artıq anama zəng edib, ona təsəlli vermişəm" deyə A.Qluxov jurnalistlərə bildirmişdir.

A.Qluxovun jurnalistlərlə söhbətində Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələri iştirak etmişdir. Rusiya tərəf iddia edir ki, Gürcüstanın xüsusi xidmət ordusunun əməkdaşları rus əsgərinə təzyiq altında ifadə verməyə məcbur etmişlər. Rusiya quru qoşunları komandanının köməkçisi İqor Konaşenkov A.Qluxovu təxirə salmadan qaytarmağı tələb etmişdir.

Digər xəbərlər