PDF Oxu

Dünya

  • 11

İsrail Qəzza bölgəsinin silah zavoduna raket zərbəsi endirib

İsrail Qəzza bölgəsinin silah zavoduna raket zərbəsi endirib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, yanvarın 28-də İsrailin hərbi hava qüvvələri Qəzza bölgəsi ilə Misir sərhədində yerləşən Rafiah şəhəri ətrafındakı silah zavoduna raket zərbəsi endirmişdir. İlkin məlumata görə, nəticədə poladəritmə zavodu dağıdılmışdır. İsrailin Müdafiə Nazirliyinin nümayəndəsi faktın doğruluğunu təsdiq etmişdir. Onun dediyinə görə, aviasiya zərbəsi Qəzza bölgəsindən İsrail ərazisinə atılan atəşə cavab olaraq endirilmişdir. Agentliyin məlumatına görə, İsrail ərazisinə atılmış bir "Kassam" mərmisi heç bir tələfata səbəb olmamışdır.

Xatırladırıq ki, yanvarın 28-də səhər İsrailin hərbi-hava qüvvələri Qəzza bölgəsi ilə Misir sərhədində yerləşən yeraltı tunelləri bombalamışdır. Bombardmandan əvvəl Fələstin tərəf İsrail hərbçilərinə atəş açmış, nəticədə bir TSAXAL əsgəri öldürülmüşdür.

İsrailin silah zavodunu bombalaması atəşkəs dövründə Qəzza bölgəsinə endirilən ikinci raket zərbəsidir. İsrailin Müdafiə Nazirliyinin bəyanatına görə, məsuliyyət "HƏMAS" rəhbərliyinin üzərinə düşür. Nazirlik belə hesab edir ki, İsrail əleyhinə yönəldilən hər bir hücuma dərhal cavab veriləcəkdir.

Digər xəbərlər