PDF Oxu

Dünya

  • 9

Obama Əhmədinejada məktub hazırlayır

Obama Əhmədinejada məktub hazırlayır
"Qardian" qəzetinin yanvarın 29-da yazdığına görə, Amerika diplomatları İran prezidenti Mahmud Əhmədinejada ünvanlanacaq məktubun layihəsini hazırlamaqdadırlar. Müşahidəçilər belə hesab edirlər ki, bu yolla Barak Obama administrasiyası İran rejimi ilə dialoqa hazır olduğunu göstərir.

ABŞ-ın Dövlət Departamentinin nəşrlərindən birinin məlumatına görə, B.Obama İrana münasibətdə Corc Buşun yürütdüyü siyasəti dəstəkləməyəcəkdir. Məlum olduğu kimi, C.Buş rejimi İranı "Şər oxu" tərkibinə daxil etmişdi. C.Buş dəfələrlə bəyan etmişdir ki, İran hökuməti nüvə silahı hazırlaya bilər. Rəsmi Tehran isə dəfələrlə cavab vermişdi ki, İranın nüvə proqramı istisnasız olaraq dinc xarakter daşıyır.

"Qardian"ın yazdığına görə, ABŞ-İran münasibətlərinin hansı məcrada davam edəcəyi müşahidəçilərə məlum olmasa da, B.Obamanın sülhməramlı niyyəti onun M.Əhmədinejadla danışıqlar aparacağını göstərir. İstisna olunmur ki, Vaşinqton Tehranda "maraqlar dairəsi" görkəmində Amerikanın diplomatik nümayəndəliyini açmaq təklifini irəli sürsün. ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays dəfələrlə qeyd etmişdi ki, İranda Amerika nümayəndəliyinin açılmamasının səbəbi 2008-ci ilin ikinci yarısında C.Buşun diqqətinin "Rusiyanın Gürcüstana soxulmasında" olması ilə əlaqədardır.

Məlum olduğu kimi, İran prezidenti M.Əhmədinejad noyabrın 6-da B.Obamanı prezident seçkilərində qalib gəldiyi üçün təbrik etmişdir. "Qardian"ın məlumatına görə, İran prezidenti ilə əlaqələrin saxlanmasının təşəbbüsçüsü ABŞ-ın yeni dövlət katibi Hillari Klinton olmuşdur.

Digər xəbərlər