PDF Oxu

Dünya

  • 10

Madaqaskarda ölənlərin sayı 68 nəfərə çatıb

Madaqaskarda ölənlərin sayı 68 nəfərə çatıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Madaqaskarda yanvarın 26-dan başlanmış intizam pozğunluğu nəticəsində ölənlərin sayı 68 nəfərə çatmışdır. Agentliyə rəsmi məlumat Madaqaskar polisi vermişdir. Əvvəllər Madaqaskarı öz koloniyasına çevirmiş Fransa hökumətinin məlumatına görə, ölənlərin sayı 80 nəfəri keçmişdir.

Ada polisinin bəyanatına əsasən, Madaqaskarın paytaxtı Antananarivuda ölənlərin sayı 42 nəfər olmuşdur. Daha 30 nəfər şəhərin ticarət mərkəzinin birində baş vermiş yanğın nəticəsində həlak olmuşdur. 16 nəfər isə adanın cənubi-qərb sahilində yerləşən Toliare şəhərində baş vermiş qanun pozuntusu nəticəsində həlak olmuşdur. 10 nəfər isə adanın digər sahələrində baş vermiş toqquşma nəticəsində ölmüşdür. Madaqaskarın bir neçə bölgəsində komendant saatı elan edilmişdir. Polisin məlumatına görə, hazırda adada vəziyyət sabitləşməkdədir.

Madaqaskarda qanun pozuntusu yanvarın 26-da paytaxtda keçirilən mitinqdən sonra başlanmışdır. Nümayişçilər müxalifətin lideri və şəhər meri Andri Rajuelinanı dəstəkləyərkən, nümayişçilərdən biri polis tərəfindən güllələnmişdir. A.Rajuelina tərəfdarlarını ətrafına yığıb etiraz aksiyasına başlamışdır. Nəticədə kütləvi qanun pozuntusu yaranmış və hadisəyə polis müdaxilə etmişdir.

Madaqaskar prezidenti Ravalumanana Cənubi Afrikaya səfərini yarımçıq qoyub ölkəyə qayıtmışdır.

Digər xəbərlər