PDF Oxu

Dünya

  • 6

AŞPA Gürcüstan ərazisinin Rusiya tərəfindən işğalını etiraf edib

AŞPA Gürcüstan ərazisinin Rusiya tərəfindən işğalını etiraf edib
Yanvarın 28-də Avropa Birliyi Parlament Assambleyası (AŞPA) Abxaziya və Cənubi Osetiya ətrafında baş vermiş hadisələrlə əlaqədar əsasnamə qəbul etmişdir. Yanvarın 29-da "Kommersant" qəzetinin yazdığına görə, AŞPA sənəddə Rusiya tərəfinin heç bir dəyişikliyini qəbul etməmişdir. Nəticədə ATƏT təkrar olaraq Moskvadan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasını təxirə salmağı tələb etmişdir. Bu qurum Rusiyanın Abxaziya və Cənubi Osetiya ərazisində hərbi baza yerləşdirilməsini qeyri-qanuni elan etmişdir. Axalqori, Perevi və Yuxarı Abxaziya ərazisində Rusiya ordusunun yerləşdirilməsi ATƏT tərəfindən işğal kimi qiymətləndirilmişdir.

"Kommersant" qəzetinin yazdığına görə, Belçika nümayəndəsi Lük van den Brande və Macarıstan nümayəndəsi Mattias Yorşi tərəfindən hazırlanmış ilkin əsasnamə layihəsində Rusiyadan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyindən imtina etmək tövsiyə edilmişdir. Beləliklə, Rusiya və Gürcüstan arasında aparılan müharibəyə bu cür qiymət verilmişdir. Əsasnamə layihəsi AŞPA tərəfindən yanvarın 26-da bəyan edilmişdir.

ATƏT-in komissiyası monitorinq apardıqdan sonra sənəddə düzəliş etməyi təklif etmişdir. Həmin düzəlişi İsveç nümayəndəsi Yoran Lindblad irəli sürmüşdür. Sənəddə deyilir ki, ATƏT-in apreldə keçirəcəyi sessiyaya qədər Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina etməzsə, səs hüququndan məhrum ediləcəkdir. Bu düzəlişin qəbul edilməsi üçün cəmi bir səs çatmamışdır.

"Vremya Novostey" qəzetinin yazdığına görə, AŞPA-nın hazırlamış olduğu qanun layihəsi birtərəfli qaydada Gürcüstanı müdafiə xarakteri daşıyır.

Digər xəbərlər