PDF Oxu

Dünya

  • 11

Polşa Almaniya və Fransa ilə birlikdə ordu hissəsi hazırlayır

Polşa Almaniya və Fransa ilə birlikdə ordu hissəsi hazırlayır
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Polşa, Almaniya və Fransa yanvarın 28-də "Veymar-AS" birgə operativ hərbi birlik yaratmaq haqda qərar qəbul etmişdir. Birliyin tərkibində 1500-dən 2000-dək hərbi qulluqçu təmsil olunacaqdır. "Veymar-AS" Fransa-Polşa-Almaniya bazası əsasında "Veymar üçbucağı" siyasi-iqtisadi birlik adlandırılacaq və 2013-cü ildə formalaşdırılacaqdır.

"Veymar üçbucağı"nın əsası 1991-ci ildə qoyulmuş və onun başlıca vəzifəsi Polşanı keçmiş kommunist rejimindən çıxarıb Avropa Birliyinə inteqrasiya etmək olmuşdur. 2006-cı ildə qurumun qarşısına yeni vəzifələr qoyulmuşdur: hər üç ölkə arasında fəallığı artırmaq, iqtisadi, siyasi və mədəni əməkdaşlığı möhkəmləndirmək.

Hazırda Avropa Birliyi tərkibində 15 operativ hərbi hissə vardır. Onların hər birinin əsgərlərinin sayı 1500 nəfərə yaxındır. Onlardan bəziləri multimilli əsasda formalaşdırılmışdır. Fransa həm franko-alman, həm də franko-ispan birliyində təmsil olunur. Polşanın başçılıq etdiyi operativ birliyə Almaniya, Slovakiya, Latviya və Litva daxildir.

Digər xəbərlər