PDF Oxu

Dünya

  • 12

Türkiyənin baş naziri milli qəhrəman kimi qarşılandı

Türkiyənin baş naziri milli qəhrəman kimi qarşılandı
"Bi-Bi-Si"-nin yanvarın 30-da verdiyi məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti Şimon Pereslə Davosda keçirilən iqtisadi forum zamanı mübahisə yaranmışdır. Bundan sonra forumu tərk edib, ölkəsinə qayıdan Türkiyənin baş naziri İstanbul aeroportunda milli qəhrəman kimi qarşılanmışdır.

Türkiyənin baş naziri Davos konfransında Qəzza bölgəsindəki hadisələrdən bəhs edərkən, ona Ş.Peresin çıxışını şərh etməyə imkan verməmişlər. İsrail prezidenti 25 dəqiqə çıxış etmişdir. Ərdoğanın nitqini isə, konfransın aparıcısı yarıda kəsmişdir. Türkiyənin baş naziri Fələstin körpələrini və qadınlarını məhv etməkdə İsraili ittiham etməyə başlamışdı. Xatırladırıq ki, üç həftə gedən İsrail-Fələstin müharibəsi 1300 nəfər Qəzza bölgəsi sakininin həyatı bahasına başa gəlmişdir.

"Bi-Bi-Si" müxbirinin məlumatına görə, əllərində Fələstin bayrağı tutmuş minlərlə İstanbul sakini Ərdoğanın hərəkətinə həmrəylik ifadə etmişdir. Hələ Türkiyənin baş naziri beynəlxalq aeroporta çatmamış oraya xeyli adam yığılmışdır. Onlar əllərində "Türkiyə səninlədir!", "Ərdoğan yeni dünya lideridir!" sözləri yazılmış plakatlar tutmuşlar. İstanbul aeroportuna enən Ərdoğan demişdir: "Mən Türkiyənin və türk xalqının ləyaqətini qorumuşam". Aeroporta yığılanlar əsil qürur hissi duyduqlarını bildirirdilər.

Digər xəbərlər