PDF Oxu

Dünya

  • 10

Fidel Kastro Obamadan Quantanamonu Kubaya qaytarmağı tələb edib

Fidel Kastro Obamadan Quantanamonu Kubaya qaytarmağı tələb edib
Kubanın keçmiş Dövlət Şurasının sədri Fidel Kastro ABŞ prezidenti Barak Obamadan Quantanamo hərbi bazasını Kubaya qaytarmağı tələb etmişdir. Kubanın hökumət saytlarından birində yerləşdirilmiş "Birləşmiş Ştatların yeni prezidentinin siyasəti haqqında düşüncələr" adlı məqaləsində F.Kastro yazır ki, Kuba ərazisində xalqın iradəsi əleyhinə hərbi bazanın saxlanması beynəlxalq hüquq prinsiplərinin pozulmasının ilkin şərtidir. F.Kastro B.Obamanı bu prinsiplərə hörmətlə yanaşmağa çağırmışdır.

B.Obama əvvəlki çıxışlarında demişdir ki, Quantanamo ABŞ üçün strateji məna daşıdığı üçün, hələlik, Kubaya qaytarılmayacaqdır. F.Kastro məsələyə bu cür yanaşmağı qəbuledilməz hesab edir. Kubanın keçmiş lideri Fələstinə münasibətdə İsrailin törətdiyi cinayətlərdə dolayısı ilə iştirak edən B.Obamanı soyqırımı dəstəkləməkdə ittiham edir. F.Kastronun fikrincə, ABŞ Yaxın Şərqdə İsraili müsəlman ölkələrinə qarşı vasitəyə çevirmişdir.

"Röyter"in məlumatına görə, F.Kastronun çıxışından əvvəl Venesuela prezidenti Uqo Çaves ABŞ prezidentinə müraciət edib, Quantanamo bazasını Kubaya qaytarmağı xahiş etmişdir.

Quantanamo hərbi bazası 1903-cü ildə Kuba tərəfindən ABŞ-a müddətsiz arendaya verilmişdir. Müqavilənin şərtləri o zaman pozula bilər ki, ABŞ könüllü surətdə bazanın ərazisini tərk etsin.

Digər xəbərlər