PDF Oxu

Dünya

  • 8

Paris nümayişləri kütləvi qanun pozuntusuna çevrilib

Paris nümayişləri kütləvi qanun pozuntusuna çevrilib
"Frans Press" agentliyinin yanvarın 30-da yaydığı məlumata görə, Parisdə nəqliyyat işçilərinin təşkil etdikləri tətil tədricən kütləvi qanun pozntusuna çevrilmişdir. Nümayişçilər şəhər mərkəzində polislə qarşıdurma yaratmışdır.

Qanun pozuntusu yanvarın 29-da yerli vaxtla saat 20:00-da baş vermişdir. Nümayişdə iştirak edən bir qrup gənc zibil qutularını yandıraraq, çevirmiş və Opera Meydanında avtomobilləri çevirməyə başlamışlar. Nəticədə nəqliyyatın hərəkəti dayanmışdır.

Polis iki saat ərzində vəziyyəti öz nəzarəti altında saxlamağa müvəffəq olmuşdur. Polisə daş və içki şüşələri atan nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edilmişdir. Bundan sonra 30 nəfər saxlanılmışdır. Onlardan 13-ü həbs edilmişdir. Bir polis əməkdaşı yaralanmışdır.

Nümayişçilərin dediklərinə görə, qanun pozuntusu təşkilatçıları Kaputsin Bulvarından keçib, Yenisey Sarayna soxulmağa çalışırdılar. Ancaq polis onları Opera Meydanında dairəyə almağa müvəffəq olmuşdur. Qısa vaxt ərzində nizam-intizam bərpa edilmiş, nəqliyyatın hərəkəti normal vəziyyətə düşmüşdür.

Maliyyə böhranı dövründə Fransanın nəqliyyat və büdcə təşkilatları işçiləri həmkarlar ittifaqının köməyi ilə tətil elan etmişlər. Yanvarın 29-da Parisin küçələrinə çıxan nümayişçilər ölkənin ağır maliyyə böhranına düşməsində prezident Niolya Sarkozini ittiham edib, ondan istefaya çıxmasını tələb edirdilər.

Digər xəbərlər